“Neftçi” ökə kubokunun ilk oyununda “Zirə”ni darmadağın edib

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, 4 görüşün hamısı eyni gündə baş tutub. Öncə “Qəbələ” doğma meydanda Premyer liqanın aşkar autsayderi AzAL iləqarşılaşıb. Görüşdə hesabı qonaqlar açsa da, meydan sahibləri sonradan 2 qol vuraraq əzmkar qələbəyə seviniblər – 2:1.

“Zirə” paytaxt derbisində “Neftçi”ni qəbul edib. “Ağ-qaralar” indiyə qədər məğlub edə bilmədiyi zirəliləri gözlənilmədən darmadağın edib – 3:0.

“İnter” Bakıda “Kəpəz” üzərində qələbə qazanıb (2:0). Günün son matçı “Qarabağ” və “Sumqayıt” arasında baş tutub. Ölkə çempionu rəqibinə 6 cavabsız qol vurub – 6:0. Bu mərhələnin cavab oyunları dekabrın 21-də keçiriləcək.

Həmin kateqoriyadan