“Neftçi” oyun alqı-satqısının əleyhinədir

“Neftçi” klubu bəyanat yayıb. Allsport.az saytı xəbər verir ki, son günlər haqlı olaraq böyük narazılıqla qarşılanan premyer liqasının bəzi oyunlarının nəticələrinin manipulyasiya edilməsi ilə bağlı hadisələrdə bayraqdarın da adı hallandırıldığından, klub rəhbərliyi tərəfindən daxili araşdırma aparıldığı diqqətə çatdırılıb:

“Xüsusən, AFFA-nın intizam komitəsinin 01.12.2017-ci il tarixdə keçirilən iclasında çıxarılan qərardan sonra buna çox ciddi zərurət yarandı. Araşdırma nəticəsində komandamızın məşqçi-metodisti Agakişi Mehdizadənin oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı müəyyən olunub. O, verdiyi yazılı izahatda özünü təqsirli bilərək prosesdə fərdi xarakterli iştirakını etiraf edib. Bu səbəbdən məşqçi–metodist Agakişi Mehdizadə dərhal tutdugu vəzifədən azad olunub. Qeyd edək ki, Ağakişi Mehdizadə əvvəllər “İnter” klubunda (hazırki “Keşlə”) məşqçi-metodist vəzifəsində çalışıb.

Araşdıma zamanı topladığımız materiallar isə aidiyyatı üzrə AFFA-ya göndərilib. “Neftçi” komandası olaraq bir daha bəyan edirik ki, idman oyunlarının nəticələrini manipulyasiya edənləri şiddətlə qınayırıq və bu cür qanunazidd halların qarşısının alınması üçün mübarizə aparan bütün qurumlara dəstək verməyə hazırıq”.

Həmin kateqoriyadan