“Neftçi” öz yubiley günündə saat 19:37-də meydana çıxacaq

Premyer liqanın 23-cü turunda “Neftçi” – “İnter” oyunu ev sahiblərinin 80 illik yubiley gününə təsadüf edəcək. Allsport.az saytı xəbər verir ki, martın 18-də “Bakcell arena”da baş tutacaq görüş simvolik olaraq saat 19:37-də start götürəcək.

“Neftçi”nin 80 illik silsilə yubiley tədbirləri bununla da yekunlaşmayacaq. Oyunda azarkeşlər flaqmanın əzəmətli tarixinə nostalji səyahət edəcəklər. Yubiley tədbirləri ilə bağlı sosial şəbəkələrdə bir sıra layihələr təşkil olunacaq. Bu və ya digər sürprizlərə şahidlik etmək istəyən bütün azarkeşlər stadiona dəvət olunurlar.

 

Həmin kateqoriyadan