“Neftçi” Qəbələdən paytaxta qayıtmadı

“Neftçi” Premyer Liqanın 32-ci turunda qarşılaşdığı “Qəbələ” ilə səfər oyunundan sonra Bakıya qayıtmayıb. Allsport.az xəbər verir ki, paytaxt klubu daha 3 gün Qəbələdə qalacaq. Çünki “ağ-qaralar” mayın 4-də “Qəbələ” ilə kubokun cavab yarımfinal matçına çıxacaq.

Tərəflər arasındakı ilk oyun 1:1 hesabı ilə bitib. “Neftçi”nin heyətində itki yoxdur. Amma ölkə çempionatının 33-cü turunda AzAL-a qarşı oyunda Ruslan Qurbanovla Rahil Məmmədov cəzalı olduğu üçün meydana çıxa bilməyəcəklər.

Həmin kateqoriyadan