“Neftçi” – “Qarabağ” matçı saat neçədə başlayacaq?

Premyer liqanın 20-ci turunda “Neftçi” – “Qarabağ” oyununun başlanma saatı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, martın 14-də “8-ci km” stadionunda keçiriləcək matç saat 18:00-da start götürəcək.

Bayraqdar Ağdam təmsilçisi ilə indiyədək 70 çempionat oyununda üz-üzə gəlib. Bu görüşlərdən 18-i qələbə , 27-i məğlubiyyət, 25-i heç-heçə bitib. Top fərqi də rəqibin xeyrinədir – 77:63.

Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, komanda hər 2 görüşdə meydanı məğlub tərk edib. “Bakcell Arena”da 1:3, “Azərsun Arena”da isə 0:1 hesabları qeydə alınıb.

Həmin kateqoriyadan