““Neftçi” Qomes və Kampasla müqaviləyə xitam verəcək, öncədən onlara məşqlərə qatılmaq deyilib”

Məlum olduğu kimi, “Neftçi”nin 2 futbolçusu bu gün komandanın səhər məşqinə buraxılmayıb. Allsport.az saytı xəbər verir ki, komandanın legionçusu Lukas Qomes “Instagram” hesabında paylaşım edərək, Mayk Kampasla birgə onlara heç bir məlumat verilmədən klubun belə bir addım atdığını yazıb.

Futbolpress.az məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün, klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxlayıb. O, yaxın zamanda bu futbolçularla müqaviləyə xitam veriləcəyini və onlara əvvəlcədən məşqlərdə iştirak etməyəcəkləri barədə məlumat verildiyini söyləyib:

“Bizdə artıq bir neçə gündür ki, məşqlər başlanıb və bu futbolçular iştirak etməyiblər. Hazırda bizim hüquqşünasımız onların menecerləriylə danışıq aparır. Klub hər 2 futbolçu ilə müqaviləyə xitam vermək fikrindədir. Hazırda buna çox yaxınıq. Düşünürük ki, növbəti mövsüm nə Qomes, nə də Kampas komandada qalacaq. Həm özlərinə, həm də menecerlərinə məşqlərə qatılmayacaqları ilə bağlı məlumat verilmişdi”.

Həmin kateqoriyadan