Bayraqdar Rusiyanın “Tosno” komandası ilə məhsuldar heç-heçə edib

“Neftçi” klubu Antalya təlim-məşq toplanışı çərçivəsində 4-cü yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız Rusiyanın “Tosno” klubu ilə qarşılaşıb. “Bellis Deluxe” mehmanxanasının meydançasında baş tutmuş və “Neftçi” TV vasitəsilə canlı yayımlanmış görüş 2:2 hesabı ilə nəticələnib. “Ağ-qaralar”ın qollarını Ramon Kardozo (17-ci dəqiqə) və Murad Ağayev (90+1-ci dəqiqə – pen.) vurublar.

Flaqman bu heyətlə çıxış edib: 53.Maksim Vaylo, 29.Georgi Navalovski, 3.Jairo Rodriges, 25.Kirilo Petrov, 6.Pavel Dreksa, 15.Ruslan Abışov (K) (13.Murad Ağayev, 75), 8.Zdenek Folprext, 17.Rəhman Hacıyev, 9.Namiq Ələsgərov (10.Cavid İmamverdiyev, 69), 11.İqnasio Herrera (19.Fəhmin Muradbəyli, 56), 14.Ramon Kardozo (23.Tərzin Cahangirov, 76).

Həmin kateqoriyadan