VİDEO, FOTO
“Neftçi” sabiq futbolçusuna qarşı

“Neftçi” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi Türkiyənin “Elazığspor” klubu ilə qarşılaşıb.

Görüş “ağ-qaralar”ın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. Müqavilə ilə “Neftçi”yə məxsus olan, amma “Elazığspor”da icarə əsasında çıxış edən Cavid İmamverdiyev də sabiq klubuna qarşı start heyətində meydana çıxıb.

Qeyd edək ki, qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və komandamız oyuna qara sarğı ilə çıxıb.

 

Həmin kateqoriyadan