“Neftçi” sona bir tur qalmış çempionluğu rəsmiləşdirib

“Neftçi” komandası AFFA tərəfindən təşkil olunan U-17 liqasının qalibi olub. Allsport.az saytı xəbər verir ki, bu klub sona bir tur qalmış “Bakı”nı 5:2 hesabı ilə məğlub etməklə, çempionluğu rəsmiləşdirib.

Baş məşqçi Elşad Əhmədovun futbolçularından İbrahim Əliyev dubl edib. Digər qolları Seymur Həmidov, Cəfər Şahməmmədov və Fərid Mahmudov vurublar.

Qeyd edək ki, 17 yaşlı futbolçulardan 5-i əvəzedici komandada çıxış edir və onlar gələn ay Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan yığmasının da şərəfini qoruyacaqlar. Xatırladaq ki, “Neftçi”nin U-17 komandası sonuncu dəfə 2008/2009-ci illər mövsümündə ölkə çempionu olmuşdu.

Həmin kateqoriyadan