“Neftçi” – “Speranta” oyununun biletləri satışda

Avropa liqasının ilk ələməsində “Neftçi” – “Speranta” oyununun biletləri bu gündən satışa çıxıb. 

Allsport.az saytı xəbər verir ki, qiyməti 2, 5, 20 (VİP) və 100 (Skybox) AZN təşkil edən biletləri “Bakcell arena” stadionlarının kassalarından, həmçinin “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzinin 1-ci mərtəbəsi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarından və “Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündür. 

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Xatırladaq ki, iyulun 18-də oyun saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan