“Neftçi” Sumqayıt klubu ilə görüşə gündə 2 məşqlə hazırlaşır

Premyer liqanın 4-cü turunda “Sumqayıt”la oyunun hazırlığına start verən “Neftçi” bu günün səhər məşqini başa vurub.

Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” klubun bazasındakı meydançada məşq edib. Axşam məşqi İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq.

Hazırlıq hələ də baş məşqçi əvəzi Elşad Əhmədovun rəhbərliyi ilə keçir.

Həmin kateqoriyadan