“Neftçi” Sumqayıt səfərindən əliboş dönüb

Bu gün premyer liqada 4-cü tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, günün yeganə matçı Sumqayıtda baş tutub.

Burada şəhərin eyni adlı komandası “Neftçi”ni qəbul edib. Görüş ev sahiblərinin kiçik hesablı qələbəsi ilə başa çatıb – 1:0

Bu turda keçirilməli olan “Səbail” – “Qarabağ” oyunu qonaqların çempionlar liqasının qrupunda “Çelsi”yə qarşı London səfəri ilə əlaqədar təxirə salınıb.

Həmin kateqoriyadan