“Neftçi” tam heyətlə məşq etmir

“Neftçi” Topaz premyer liqasının 8-ci turunda həftə sonu “Qəbələ” ilə oyuna hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün “ağ-qaralar” doğma bazasında növbəti məşqə çıxıb.

Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycanın U-21 və Haiti milli komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Həmin kateqoriyadan