“Neftçi” və “Forza Neftçi” barışdı – tərəfdarlar “Qarabağ”la oyunda tribunada

“Neftçi” klubu ilə “Forza Neftçi” azad azarkeş qrupu arasında gərginlik yoluna qoyulub. Allsport.az saytı xəbər verir ki, azarkeşlərlə görüşən komanda rəhbərliyi onları tribunalara dönməyə razı sala bilib. 

Bunu qrupun rəhbəri Sübhan Əliyev öz sosial şəbəkə səhifəsində açıqlayıb. O, ölkənin aparıcı fanklublarından sayılan paytaxt təmsilçisinin azarkeşləri yenidən tribunadakı yerlərinə qayıdacağını bildirib.

Ötən ilin sonunda klub rəhbərliyi ilə aralarındakı problem üzündən tribunadan çəkilən “Forza Neftçi” fevralın 3-də ölkə çempionatının 15-ci turunda “Qarabağ”la oyunda iş başında olacaq.

Həmin kateqoriyadan