“Neftçi” və “Keşlə” 1/2 finalda!

Azərbaycan kubokunda 1/4 finalın cavab görüşləri keçirilir. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə “Kəpəz” səfərdə 2 cavabsız qolla uduzduğu “Keşlə”ni qəbul edib. Yunis Hüseynovun komandası cavab matçında da yenilib.

Günün digər mübarizəsi Bakıda baş tutub. “Neftçi” öz meydanında “Zirə”ni qonaq edib. Gəncə təmsilçisindən fərqli, Tərlan Əhmədovun komandası əvəz çıxmağı bacarıb.

1-ci oyunda kiçik hesabla məğlub olan bayraqdar, “Baksell arena”da 2:0 hesabı ilə qalib gələrək yarımfinala adlayıb. Bu qələbə, həm də “ağ-qaralar”ın rəqib üzərində ilk qələbəsi kimi də tarixə düşüb.

Həmin kateqoriyadan