“Neftçi” və “Qəbələ” bir-birini sınayacaq

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində oyunları ilə əlaqədar premyer liqada yaranmış fasilə zamanı bəzi klublar yoxlama görüşü keçirməyə hazırlaşır.

Allsport.az saytı xəbər verir ki, artıq “Neftçi” və “Qəbələ” arasında belə bir oyun keçirməklə bağlı razılıq əldə olunub.

Komandalar oktyabrın 7-də İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında üz-üzə gələcəklər. Oyun saat 16:00-da başlayacaq.

Həmin kateqoriyadan