“Neftçi” və “Qarabağ” cəzalanıb

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Şüvəlan” – “Turan Tovuz” matçının 65-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Sənan Qocayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Sumqayıt-2” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 90+2-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Ruzi Abdullayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Ağsu” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

“Qarabağ-2” – “Zaqatala” matçında “Qarabağ-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 69-cu dəqiqəsində “Zaqatala”nın futbolçusu Fuad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. “Qarabağ-2” komandasının geyimində nöqsanlar aşkar olunduğu üçün oyun təyin olunduğu vaxtdan 5 dəqiqə gec başlanıb. Bu səbəbdən klub 240 manat cərimə olunur.

MOİK – “Neftçi-2” matçı başa çatdıqdan sonra komandalar arasında qarşıdurma baş verdiyinə görə hər iki klub 240 manat cərimə olunur.

Həmin kateqoriyadan