“Neftçi” və “Səbail” gözlənilməz yenilgi

Bu gün Azərbaycan kubokunda 1/4 final başlayıb. Allsport.az saytı xəbər verir ki, ev-səfər qaydası ilə keçirilən mərhələnin ilk oyun günündə öncə “Zirə” öz meydanında “Səbail”i 1:0 üstələyib.

Günün digər matçında “Neftçi” evdə “Sumqayıt”ı qəbl edib. Bu görüşdə
“ağ-qaralar” gözlənilmədən 0:2 hesabı ilə uduzub. Növbəti 2 oyun sabah keçiriləcək. “Qəbələ” “Sabah”ı, “Qarabağ” isə “Keşlə”ni qəbul edəcək.

Həmin kateqoriyadan