“Neftçi” və “Səbail” hansı səbətdə yer alacaq?

Premyer liqada müvafiq olaraq 2-3-cü yerləri tutan “Neftçi” və “Səbail” 2019/20 mövsümündə öıkəmizi Avropa liqasında təmsil edəcək. Allsport.az saytı xəbər verir ki, hər 2 komanda 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Paytaxt təmsilçilərinin hansı səbətdə yer alacağı hələlik qeyri-müəyyəndi. Lakin böyük ehtimalla onlar səpələnmişlər səbətində qərarlaşacaq. Çünki “Neftçi” və “Səbail”in 3800 xalı var ki, bu da I mərhələ üçün yüksək göstərici hesab edilir.

Səpələnmişlər: “Malmö”, “Norrçöpinq” (hər ikisi – İsveç), “Mölde”, “Brann”, “Haqesund” (Norveç), “MOL Vidi” (Macarıstan), “Dinamo”, “Şaxtyor”, “Vitebsk” (Belarus), “Spartak” (Trnava, Slovakiya), “Jalgiris” (Litvar), “Reyncers” (Şotlandiya), “Kayrat” (Qazaxıstan), “Vardar” (Makedoniya), “Radniçki” (Serbiya), “Krusaders” (Şimali İrlandiya), “Ventspils” (Latviya), “Styarnan” (İslandiya), “Vaduts” (Lixtenşteyn).

Səpələnməmişlər: “Çixura”, “Torpedo” (hər ikisi – Gürcüstan), “Milsami”, “Petrokub” (Moldova), “Flora” (Estoniya), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “Hibernians”, “Qzira Yunayted” (Malta), “Reykyavik, “Breydablik (İslandiya), “Şamrok Rovers”, “Sent Patriks” (İrlandiya), KuPS, RoPS, “İnter Turku” (Finlandiya), “Stumbras” (Litva), “Şiroki Briyeq” (Bosniya və Hersoqovina).

Qeyri-müəyyənlər: “Ordabası”, “Tobol” (hər ikisi – Qazaxıstan), “Neftçi”, “Səbail” (Azərbaycan), “Kork Siti” (İrlandiya), “Dinamo” (Tiflis, Gürcüstan), “Levadiya” (Estoniya), “Trakai” (Litva), “Dunayska” (Slovakiya).

Matç.az-ın məlumatına görə, Avropa liqasının 1-ci və 2-ci ələmələrin püşkatması iyunun 18-19-da keçiriləcək. Azərbaycan kubokunu qazanacaq komanda isə 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Həmin kateqoriyadan