“Neftçi” və “Səbail”in rəqibləri bilinib

Bu gün Avropa liqasında 1-ci seçmənin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, “Neftçi”nin rəqibi Moldovanın “Speranta” klubu olub. Püşkə əsasən, “ağ-qaralar” ilk oyunu evdə, cavab matçını səfərdə keçirməli olacaq.

“Səbail” isə “Universitatya Krayova” klubu ilə qarşılaşacaq. İlk görüş evdə, əvəz oyunu Rumıniyadadır.

Qitə liqasında 1-ci ələmədə mübarizə iyulun 11-də və 18-də olacaq. Digər təmsilçimiz “Qəbələ” mücadiləyə 2-ci mərhələdən başlayacaq. Burada püşkü iyunun 19-da atılacaq.

Həmin kateqoriyadan