VİDEO, FOTO
“Neftçi” – “Volın” matçında 7 qol

“Neftçi” Antalya təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, “ağ-qaralar” Ukraynanın “Volın” klubu ilə qarşılaşıb.

Görüş “Neftçi”nin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Denis Silva, Karlos Kardoso, Ruslan Qurbanov və Ernest Nfor fərqlənib.

Qeyd edək ki, “Neftçi” bunadək Antalyada Səudiyyə Ərəbistanının “Hajer” (3:1), Türkiyənin “Kayseri Ərciyəsspor” (0:0) və “Elazığspor” (0:1) klubları ilə üz-üzə gəlmişdi.

 

 

Həmin kateqoriyadan