“Neftçi”də 2 cəzalı

Premyer liqanın 25-ci turunda “Sabah”ın qonağı olacaq “Neftçi” 2 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

Allsport.z saytı xəbər verir ki, italiyalı hücumçusu Canluka Sansone və qapıçı Aqil Məmmədov növbəti matçı buraxacaqlar. Onlar ötən turda “Səbail” ilə görüşdə (2:2) sarı vərəqə alaraq, cəzalı duruma düşüblər.

Aprelin 19-da keçiriləcək oyun saat 18:30-da başlayacaq.

Həmin kateqoriyadan