“Neftçi”də ovqat yüksəkdir

“Neftçi” premyer liqanın 17-ci turunda “Zirə” ilə oyuna hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “Keşlə” ilə görüşdən (2:0) sonra fasilə verməyən komanda öz bazasında növbəti məşqə çıxıb. 

Zədəli Aqil Məmmədovdan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıqda toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlığın sabah bir məşqlə davam etməsi nəzərdə tutulub.

Fevralın 16-da Zirə idman kompleksinin stadionun oyun saat 17:30-da başlayacaq.

Həmin kateqoriyadan