“Neftçi”dən 2 fərqli seriya: Biri bitdi, birinə davam

Premyer liqada ardıcıl 4 oyunda qalib gələn “Neftçi”nin qələbə seriyası qırılıb. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” 11-ci turun “Zirə” ilə səfər oyunundan xalsız ayrılıb. 0:1 hesabı ilə uduzan Tərlan Əhmədovun komandası 42 gündən sonra xal itkisi və məğlubiyyət acısı yaşayıb. Paytaxt klubu sonuncu dəfə sentyabrın 24-də “Qəbələ” ilə görüşdə uduzmuşdu – 1:2.

Qələbə seriyası qırılan “Neftçi” “Zirə” ilə matçlardakı uğursuz seriyanı qıra bilməyib. Belə ki, “ağ-qaralar” ölkə çempionatı çərçivəsində 10-cu dəfə qarşılaşdığı qəsəbə klubunu bu dəfə də yenə bilməyib. “Neftçi” 2 dəfə heç-heçə etdiyi rəqibinə 8-ci dəfə uduzub. Son 6 görüşdə isə “qartallar” qələbə qazanıb.

Həmin kateqoriyadan