“Neftçi”dən 80-ci sülh

Premyer liqasının 20-ci turunda “Neftçi” – “Qarabağ” oyunu meydan sahibləri üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, 0:0 hesablı nəticə “ağ-qaralar”ın Azərbaycan çempionatlarında 80-ci ev heç-heçəsidir.

Bakılılar bu göstəricidə mütləq rekordçudur. “Neftçi” evdə keçirdiyi 364 matçda 232 qələbə qazanıb və 52 dəfə məğlub olub.

Qeyd edək ki, öz meydanındakı heç-heçələrin sayında 2-ci göstərici “Qarabağ”a məxsusdur: 70 heç-heçə.

Həmin kateqoriyadan