“Neftçi”dən 9 il sonra növbəti rüsvayçılıq

Azərbaycan çempionatlarının daimi iştirakçısı olan “Neftçi” antirekord edib. Allsport.az saytı xəbər verir ki, Bakı klubu mövsümün startında ardıcıl iki məğlubiyyət alıb. Elxan Abdullayevin komandası ilk turda “Qarabağ”a 1:3, ardınca “Səbail”ə 0:1 hesabı ilə uduzub.

Bu, “ağ-qaralar”ın Azərbaycan çempionatları tarixində ən uğursuz startıdır. “Neftçi” 26-cı mövsümdür çıxış etdiyi yarışın tarixində startda 2-dən artıq məğlubiyyət almayıb. İndiyədək yalnız 1 dəfə ilk iki oyunu uduzan bakılılar 2008/09 mövsümündəki uğursuzluğu yaşayıb.

İkinci dəfə çempionata 2 məğlubiyyətlə başlayan “Neftçi” 9 il əvvəl daha yaxşı top fərqinə malik idi. Həmin vaxt “Neftçi” “Standard” və “Bakı” ilə görüşlərin ikisində də 0:1-ə üzülmüşdü. 3-cü turda isə “ağ-qaralar” “Qəbələ”ni eyni hesabla udub, seriyaya son qoymuşdu.

Həmin kateqoriyadan