“Neftçi”dən bərpa məşqi

“Neftçi” qitə liqasının 3-cü təsnifatında İsrailin “Bney Yəhuda” klubuna qarşı ilk oyundan (2:2) sonra bərpa məşqi edib.

Allsport.az saytı xəbər verir ki, bu gün komandamız “İsmət Qayıbov” adına bazada hazırlıq keçib. Sabah istirahət edəcək “ağ-qaralar” avqustun 11-də cavab matçı üçün yenidən toplaşacaq.

Qeyd edək ki, avqustun 15-də Petak Tikva şəhərində “Ha Moşava” stadionunda görüş saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan