“Neftçi”dən “Benqalur”a

“Neftçi”nin bu qış fasiləsində yolunu ayırdığı Daniel Seqoviya özünə yeni klub tapıb. Allsport.az saytı xəbər verir ki, ispan hücumçu karyerasını Hindistanda davam etdirəcək.

O, “Benqalur” klubu ilə anlaşıb. Tərəflər mövsümün sonuna kimi müqavilə bağlayıblar. Daniel “ağ-qaralar”da 1 il ərzində 19 oyun keçirib və 5 qol vurub.

Həmin kateqoriyadan