“Neftçi”dən naşükür addım: Müşahidə şurası uğurlu Tərlan Əhmədovla yolunu ayırdı

“Neftçi” klubu baş məşqçisi Tərlan Əhmədovla yolunu ayırıb. Allsport.az saytı xəbər verir ki, müşahidə şurasının və təsisçilərin qərarı ilə onunla qüvvədə olan müqavilə yenilənməyib. Rəhbərlik ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, çətin durumda “ağ-qaralar”ın sükanına keçən mütəxəssis 8 komandanın yer aldığı premyer liqada 7-cidən 3-cü pilləyə yüksəldib və Avropa liqasına vəsiqə qazandırıb. Həmin dövrdə isə, bu uğur 3-cü sırada qərarlaşan “Zirə” ilə böyük xal fərqi olab bayraqdar üçün inanılmaz kimi görünürdü.

Həmin kateqoriyadan