“Neftçi”nin əvəzediciləri 1-günlük istirahətə buraxılıb

“Neftçi”nin əvəzediciləri yeni mövsümə hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, dünən İsmət Qayıbov adına təlim-məşq bazada bir araya gələn komanda 1-günlük istirahətə buraxılıb.

Baş məşqçi Mahmud Qurbanovun dəstəsi sabah “Səbail”in əvəzediciləri ilə yoxlama oyunu keçirəcək. “Bayıl arena”da baş tutacaq görüş saat 10:00-da start götürəcək.

Həmin kateqoriyadan