YENİLƏNİB
“Neftçi” Cavidin klubuna uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Arif Əsədovun komandası Türkiyənin “Elazığspor” klubu ilə üz-üzə gəlib.

Müqavilə ilə məhz “Neftçi”yə məxsus olan Cavid İmamverdiyevin icarə əsasında çıxış etdiyi bu klubla görüş “ağ-qaralar”ın məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “ağ-qaralar” bundan öncə Səudiyyə Ərəbistanı təmsilçisi “Hajer”ə 3:1 hesabıyla qalib gəlmiş, Türkiyənin “Ərciyyəspor” klubu ilə qolsuz heç-heçəyə razılaşmışdılar.

Yoxlama oyunu
20 yanvar

“Neftçi” – “Elazığspor” – 0:1 (0:1)

“Neftçi” oyuna bu heyətlə çıxacaq: Saşa Stamenkoviç, Karlos Kardozo, Rahil Məmmədov, Məqsəd İsayev, Emin Mehtiyev, Kaue da Silva, Ernest Nfor, Elşən Abdullayev, Samir Məsimov, Julius Vobay, Ruslan Qurbanov

Həmin kateqoriyadan