“Neftçi”nin baş məşqçisi: “Səhvsiz oynamağa çalışdıq”

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov ölkə çempionatının 23-cü turunda “Zirə” ilə oyun sonrası mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, o, 3:0 qalib gəldikləri görüşə belə şərh verib:

“3 xal bizim üçün çox vacib idi. Bunun üçün meydanda əlimizdən gələni etdik. Səhvsiz oynamağa çalışdıq. Bizə dəstək olduqları üçün azarkeşlərimizə təşəkkür edirəm. Qəbələdə təbii ot örtüyündən sonra, burada süni ot örtüyündə oynamağın bizim üçün problem yaradacağını bilirdik.

Bu problemi xüsusilə ilk hissədə gördüm. Fasilədən sonra tədricən üstünlük qazandıq. Qarşımıza məqsəd qoymuşuq ki, son oyunları yüksək əhval-ruhiyyədə keçirib, bacardığımız qədər xal ehtiyatını artıraq. Futbolçulara gözəl oyun və gözəl qələbə üçün təşəkkür edirəm”.

Həmin kateqoriyadan