“Neftçi”nin baş məşqçisi: Samir Abbasovla mübahisə qarşılıqlı anlaşılmazlıq nəticəsində yarandı

“Bu gün ciddi müqavimət göstərən, qalib gəlmək istəyən rəqiblə qarşılaşdıq. “Zirə” ilə qarşılaşmada kifayət qədər yaxşı oyun nümayiş etdirdik”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin ölkə çempionatının 5-ci turunda “Zirə” ilə matçdan sonra deyib. İtaliyalı mütəxəssis komandamızın yaxşı oyun göstərdiyini deyib:

“Rəqib komandanın baş məşqçisi ilə mübahisə qarşılıqlı anlaşılmazlıq nəticəsində yarandı. Düşünürəm ki, bu hərəkət komandaların xeyrinə olmadı. Komandamdan hər hansı futbolçu milliyə dəvət alırsa, bu məni sevindirir. Mirabdulla Abbasov yaxşı məşq edir, yaxşı oyunçudur. Ümumiyyətlə, məşqlər ərzində özlərini ən yaxşı tərəfdən göstərən futbolçular oynamaq şansı qazanır. Sevindirici haldır ki, kifayət qədər ehtiyat futbolçumuz var”.

Həmin kateqoriyadan