“Neftçi”nin futbolçusu Haiti yığmasına çağrılıb

“Neftçi”nin futbolçusu Soni Mustivar Haiti millisinə dəvət alıb.

Allsport.az saytı xəbər verir ki, KONKAKAF kubokunun seçmə mərhələsində martın 24-də Kuba ilə qarşılaşacaq “qrenaderlər”ə “Qarabağ”ın üzvü Doland Gerye isə dəvət almayıb.

Buna səbəb, onun Nikaraqua ilə keçirdiyi son oyunda qırmızı vərəqə ilə cəzalandırılmasıdır.

Həmin kateqoriyadan