“Neftçi”nin futbolçusu İspaniya yığması ilə oyuna çağrılıb

Makedoniya millisinin DÇ-2018-in seçmə mərhələsində İspaniyaya qarşı oyun üçün heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, siyahıda 21 futbolçunun adı yer alıb.

Onlardan biri də “Neftçi”nin müdafiəçisi Vançe Şikovdur. O, noyabrın 12-də Pireneydə keçiriləcək qarşılaşmada meydana çıxa bilər.

Xatırladaq ki, bu futbolçu “ağ-qaralar”da inamsız təsir bağışladığı üçün, bir müddət öncə baş məşqçi Elxan Abdullayev tərəfindən əvəzedici komandaya göndərilib.

Həmin kateqoriyadan