“Neftçi”nin futbolçusu rekorda şərik çıxıb

“Neftçi”nin futbolçusu İqnasio Herrera premyer liqada 10-cu qolunu vurub. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın ötən mövsüm heyətinə qatdığı çilili legionçu yubileyə 33-cü matçında nail olub.

O, 21-ci turun “Səbail”lə ev matçındakı dublla 10-a çatıb. Ötən mövsüm 12 oyunda 3 dəfə fərqlənən cənubi amerikalı cari rəqabətdə 21-ci görüşündə 7-ci dəfə rəqib qapısına yol tapıb.

İqnasio bayraqdarın heyətində Azərbaycan çempionatlarında 10 və daha çox qol vuran 34-cü futbolçu kimi tarixə düşüb. O, “ağ-qaralar”ın indiki heyətində bu göstəricidə rekorda şərik çıxıb.

Belə ki, Rəşad Sadiqov və Ruslan Abışov da “Neftçi” formasında premyer liqada 10 qola sevinib.

Həmin kateqoriyadan