VİDEO
“Neftçi”nin gəncləri danışdı

“Neftçi”nin gənc üzvləri – Rahil Məmmədov və Mirkamiş Həşimli klubun rəsmi saytına açıqlama veriblər. Allsport.az sizi həmin açıqlamalarla tanış edir.

Rahil Məmmədov: “Burada özümü yeni futbolçu kimi hiss etmirəm, elə bil ki, neçə ildir əsas komandadayam. Məşqlər çox yüksək səviyyədə gedir. Sağ olsunlar, mənə şans verirlər, yoxlama oyunlarında iştirak edirəm. Çalışıram gələcəkdə əsas komandanın üzvünə çevrilim”.

Mirkamiş Həşimli: “Hər şey yaxşıdır, komanda canla-başla məşqlərini edir. Çempionluq uğrunda mübarizəni davam etdirmək üçün hazırlaşırıq. Əsas hədəfimiz çempionatın və kubokun qalibi olmaqdır”.

Həmin kateqoriyadan