“Neftçi”nin kapitanı milli üzvlərinin tam hazır olmamasından narahatdır

“Ay-ulduzlular”ımız Riqada Latviya millisini 3:1 hesabı ilə üstələyib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra müdafiəçi Ruslan Abışovun açıqlaması belə olub:

“Qazaxıstan yığmasına məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirdik. Onlara 0:3 uduzmağımız təsadüfi idi. Bəzi amillər var idi, biz ona hazır deyildik.

Qarşıda vacib oyunlar var. Ümid edirəm, sentyabra qədər hər kəs klubunda lazımi hazırlıq keçib milliyə hazır formada gələr”.

Həmin kateqoriyadan