“Neftçi”nin keçmiş qapıçısı “Sabah”da

“Sabah” daha bir oyunçu ilə münasibətlərini rəsmiləşdirib.

Allsport.az saytı xəbər verir ki, premyer liqanın debütantı serbiyalı qapıçı Saşa Stamenkoviçlə 1-illik müqavilə bağlayıb. 33 yaşlı qolkiper 30 nömrəli futbol geyimində çıxış edəcək.

Saşa karyerası ərzində Serbiyanın “Radniçki 1932”, “Napredak”, “Srvena Zvezda”, Qazaxıstanın “Okjetpes” klublarında çıxış edib. O, 2011-2015-ci illər aralığında ölkəmizdə “Neftçi”nin şərəfini qoruyub.

Həmin kateqoriyadan