“Neftçi”nin müdafiəçisi İsrail və İtaliya millilərinə qarşı çıxış edəcək

“Neftçi”nin müdafiəçisi Vançe Şıkov Makedoniya millisinin düşərgəsinə yollanıb.

Allsport.az saytı xəbər verir ki, 31 yaşlı futbolçu dünya çempionatının seçmə mərhələsində oktyabrın 6-da İsrail, 9-da İtaliya yığmalarına qarşı oyunlarda iştirak edəcək.

O, 2007-ci ildən formasını geyindiyi bu komandasının heyətində 50 oyun keçirib və 4 qol vurub.

Həmin kateqoriyadan