“Neftçi”nin müdafiəçisi: Qalib gəlmək üçün əlimizdən gələni etdik

“Neftçi”nin müdafiəçisi Tural Axundov “Zirə” ilə oyundan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, komandanın qalib gəlmək üçün əlindən gələni etdiyini bildirən futbolçu təəssüf hissini gizlətməyib:

“Zirə”nin yaxşı komanda olduğunu bilirdik. Yaxşı da hazırlaşmışdıq. Qalib gəlmək üçün əlimizdən gələni etdik. Qələbə qazanmalıydıq. Çox təəssüf ki, alınmadı”.

Həmin kateqoriyadan