“Neftçi”nin qış planı

“Neftçi”nin qış fasiləsində hazırlıq planı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq komandamız Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” mehmanxanasında məskunlaşacaq. 

Flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 18-i, 23-ü və 26-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Həmin kateqoriyadan