“Neftçi”nin son rəqibi Makedoniyanın “Sileks” klubudur

“Neftçi”nin Antalyada təlim-məşq toplanışında sonuncu yoxlama oyununda rəqibi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” yanvarın 30-da Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq.

Bayraqdar Türkiyədə yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya” və Bolqarıstanın “Slaviya”, 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.

Sabah “Neftçi” İsmət Qayıbov adına təlim-məşq bazasında “Keşlə” ilə hazırlıq matçına çıxacaq. Oyun saat 15:00-da başlayacaq.

Həmin kateqoriyadan