“Neftçi”yə hansı italiyalı mütəxəssislər təklif edilib?

“Neftçi” baş məşqçi axtarışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, rumıniyalı Marius Şumuditsa ilə danışıq hələ bitməyib. Bununla yanaşı, rəhbərlik Canni De Byazi ilə təmasa keçib.

İtaliyalı mütəxəssis Albaniya millisini tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmaqla məşhurlaşıb. Andrea Stramaççioni də “ağ-qaralar”a təklif edilib. O, “İnter”, “Udineze”, “Panatinaikos” və Praqa “Sparta”sında işlərib.

Həmin kateqoriyadan