Nelson Bonilya: “Tondela” çox istedadlı oyunçu alıb

“Zirə”nin sabiq hücumçusu, hazırda Portuqaliyanın “Nasyonal” klubunda çıxış edən salvadorlu Nelson Bonilya azərbaycanlı futbolçu Elnur Cəfərovun “Tondela”ya transferindən danışıb. Allsport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, o, açıqlamasında bunu söyləyib:

“Tondela”nın azərbaycanlı futbolçu ilə müqavilə bağladığını eşitmişəm. Bu xəbər mənim üçün də maraqlı oldu. Çünki Azərbaycanda çıxış etmiş bütün futbolçuları tanıyıram. Dostlarımın dediyinə görə, “Tondela” çox istedadlı oyunçu alıb.

Onu “Xəzər Lənkəran”dan da yaxşı xatırlayıram. Çox texnikalı, ağıllı, sürətli futbolçudur. “Tondela” bu transferi həyata keçirməklə çox düzgün seçim edib. Portuqaliya çempionatında ona qarşı oynamaq maraqlı olacaq. Yəqin ki, o da məni meydanda tanıyacaq. Ona uğurlar arzulayıram”.

Həmin kateqoriyadan