Nicat Şıxəlizadə: Bu dəfə olimpiada şansımı qaçırmayacağam

Milli komandamızın 66 kq-da lider cüdoçusu Nicat Şıxəlizadə 3-cü şansını əldən buraxmaq istəmir. Söhbət, onun Olimpiya oyunlarında çıxış etməsindən gedir. Dopinqə düşməsi üzündən Pekin olimpiadasını buraxan 26 yaşdı idmançı, qaydaların dəyişməsi nəticəsində London-2012-yə də lazımi xal yığa bilmədi.

Allsport.az saytına açıqlamasında təcrübəli tatami ustasi deyib ki, indi yaxşı formadadır, çox enerjilidir və mövcüd durum onun xeyrinədir: «Əslində, Rio olimpiadasını mənim üçün son imkan olduğunu hesab etmirəm. 26 yaşım var. Hələ bir Olimpiya oyunları da güləşə bilərəm. Düzdür, zaman-zaman yaş öz sözünü deyir. Amma mən indi gənc ruhdayam».

Dünya çempionatının bürünc mükafatçısı son olimpiadaya düşə bilməməsinə də aydınlıq gətirib: Deyib ki, ötən səfər çəkisini dəyişdiyindən, vaxtında lisenziya xalı yığa bilməyib: «Keçən sikldə çəkimi 60-dan 66 kq-ma qaldırdım. Çəkimi dəyişdiyimdən, xal toplamağa vaxtım çatmadı. O zaman  bu rəqabətdə komanda yoldaşım Tərlan Kərimov birinci idi. O da haqlı olaraq, Londona yollandı.

Hazırda öz çəkimdə komandada liderəm. 1120 lisenziya xalım var. Bu, məni Rio olimpiadasında iştirak hüqüqü verir. Məqsədim, Olimpiya oyunlarında çıxış edib, orada medal qazanmaqdır».

Həmin kateqoriyadan