Nigar Arpadarai: Azərbaycan qran-prisində yaşanacaq əyləncə festivalda kənarda qalan olmayacaq

Formula1 Azərbaycan qran-prisində hər gün “Büllur” sarayda məşhur DJ-lərin gecədən səhərədək davam edəcək musiqili əyləncə proqramlarında yarışa biletləri olmayanlar da daxil ola biləcək. Allsport.az saytı xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası əməliyyat şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ətraflı izah verib:

“Builki Azərbaycan qran-prisinin dünya ulduzlarının iştirakı ilə baş tutacaq zəngin əyləncə proqramına – Afrojack, Axwell Λ Ingrosso və Martin Solveyq kimi DJ-lərin daxil edilməsi olduqca sevindirici haldır. Həm dünya ulduzlarının axşam konsertləri, həm də məşhur DJ-lərin gecə proqramları avtoidman həvəskarları ilə yanaşı, əyləncəsevərlər arasında da böyük marağa səbəb olub. Əvvəlki illərdən fərqli olaraq, bu il DJ-lərin musiqili əyləncə proqramlarını arzuedən hər kəs üçün açıq etməklə çalışdıq ki, Formula1 ərəfəsində Bakıda yaşanacaq festival ab-havasından heç kim kənarda qalmasın”.

O bildirib ki, Formula1 azarkeşləri yarış həftəsonuna bilet almaqla bütün imkanlardan istifadə edə və əyləncələrə qatıla biləcəklər. Tam bilet sahibləri aprelin 27-29-da axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqillera və Dua Lipanın konsertlərində, həmçinin bu konsertlərin ardınca DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında iştirak edə biləcəklər.

Həmin kateqoriyadan