Nigar Arpadarai: Bölgələrdə məktəblilər F1 yarışına və seminara həvəslə qatıldılar

Dənizkənarı bulvarda Bakı Şəhər Halqası əməliyyat şirkəti ilə Avtomobil federasiyasının birgə təşkilatçılığı ilə “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula1 çempionatının finalı keçirildi. Allsport.az saytı xəbər verir ki, Quba rayonunu təmsil edən şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamovun qalib gəldiyi yarışdan sonra, BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bunu dedi:

“İlk dəfədir ki, belə bir layihə keçirirdik. Regionlarda bu çempionata gözlədiyimizdən daha böyük maraqla qarşılaşdıq. Yuxarı sinif şagirdləri böyük həvəslə seminar və yarışlarda iştirak etdilər, həm maarifləndilər, həm də əyləndilər.

Region sakinləri də bu həyəcana qoşuldular, Formula1 haqqında ətraflı məlumat əldə etməyə çalışdılar. Bir sözlə, çempionat yüksək səviyyədə reallaşdı və deyə bilərəm ki, bu layihə ilə biz qarşıya qoyduğumuz məqsədə tam nail olduq”.

Həmin kateqoriyadan