Nikita Simonyan: Ramil Şeydayevin millimizə düşmək üçün rəqabət aparmaması təəssüfvericidir

Rusiya Futbol İttifaqının 1-ci vitse-prezidenti Nikita Simonyan Ramil Şeydayevin Azərbaycan millisini seçmək qərarına gəlməsinə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Türkiyənin “Trabzonspor” klubu ilə müqavilə bağlamış əlsən azərbaycanlı futbolçunun addımını belə dəyərləndirib:

“Bu, onun seçimidir. Ola bilsin ki, onu milli komandada oynayacağına əmin ediblər. Amma hələ gəncdir. Rusiya və ya Azərbaycan yığmasından möhkəmlənməsi üçün çox çalışması lazımdır. Oynayacağı komandada özünü nə dərəcədə isbatlaya biləcəyini zaman göstərəcək.

Rusiyanın gənclərdən ibarət yığmasında oynayarkən elə də ciddi uğurları ilə diqqət çəkmədi. Amma yaxşı göstəriciləri var. İstənilən halda, millimizə düşmək üçün rəqabət aparmaq istəməməsi təəssüf doğurur. Demək olar ki, onu gözdən qaçırdıq”.

Həmin kateqoriyadan