Nikola Yurçeviç: “Heyətdə 5 futbolçu yoxdur”

“Uçuşumuz yaxşı keçdi. Gördüyüm qədəriylə, futbolçular özlərini yaxşı hiss edirlər”. Allsport.az xəbər verir ki, bu sözü millimizin baş məşqçisi Nikola Yurçeviç Bəhreynlə keçiriləcək yoxlama oyunu öncəsi AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

Xorvatiyalı mütxəsssis komandada beş itkinin olduğunu bildirib: “Son iki rəsmi matçda oynayan 5 futbolçu müxtəlif səbəblərdən heyətdə yoxdur. Onlardan üçü cəzalı, Mahir  zədəli, Qara isə bu matçda oynayacaq vəziyyətdə deyil. Ümid edirik ki, növbəti görüşdə onun köməyindən istifadə edə biləcəyik”.

Qeyd edək ki, bu gün keçiriləcək Bəhreyn-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Həmin kateqoriyadan